Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti kütləvi informasiya vasitələrinin nümayəndələri arasında vətənpərvərlik mövzusunda yazı müsabiqəsi elan edib.
Teleqraf.com xəbər verir ki, müsabiqə dövlət xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə keçirilir.
Yazılar dərc edilərkən “Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə elan edilmiş yazı müsabiqəsinə təqdim olunur” qeydinin olması zəruridir.
Müsabiqə 10 dekabr 2018-ci ilədək davam edəcək.
Birinci yerin qalibi 1000, ikinci yerin qalibi 700, üçüncü yerin qalibi isə 500 manat məbləğində pulla mükafatlandırılacaq.
10 iştirakçıya isə 100 manat məbləğində həvəsləndirici mükafat təqdim ediləcək.
Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.