Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Teleqraf.com xəbər verir ki, dekabrın 4-də Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları paytaxtın Nərimanov və Binəqədi Rayon Polis idarələrinin əməkdaşları ilə birgə həmin rayonların ərazisində reydlər keçiriblər.
Bu zaman Nərimanov rayonu ərazisində 2, Binəqədi rayonu ərazisində isə 1 mağaza və köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları aşkar edilib.
Həmin mağaza və köşklərin 3 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub.