27 Dekabr 2018 17:06
1 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan Teleqraf.com verilən məlumata görə, iclasda “Türkel TV” MMC-yə regional televiziya yayımı üçün (Tovuz rayonu) verilmiş lisenziyanın qüvvəsinə “Türkel TV” MMC-nin rəsmi müraciəti əsasında xitam verilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda, iclasda hüquqi şəxsin yenidən təşkil edilməsi ilə əlaqədar olaraq “REGİON TV” MMC-yə ümumrespublika televiziya yayımı üçün verilən 4 mart 2014-cü il tarixli və “Türkel TV” MMC-yə ümumrespublika televiziya yayımı (Xəbər) üçün verilən 27 dekabr 2017-ci il tarixli lisenziyaların “ARB 24” MMC-nin adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər