21 Yanvar 2019 15:26
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyində ölkədə taxıl əkininə hazırlıq prosesinə həsr olunmuş müşavirə keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi, nazirlik Aparatının, tabeli qurumların və pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzləri rəhbərləri iştirak ediblər.

Müzakirələrdə 2019-cu ildə taxıl əkininə hazırlıq prosesinin mövcud vəziyyəti, görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, əkinə hazırlıq prosesi, taxıl əkinində texnoloji xəritəyə riayət olunması, fermerlərin təlimlərə cəlb edilməsi ilə bağlı hesabatlar dinlənib.

Tədbirdə bu cür müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb.


Müəllif: Aytən