28 Avqust 2014 17:52
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl intihar edən Sura Əsgərlinin ölümünün Qafqaz universitetinin digər tələbəsi Amil Əsgərovla əlaqəli olması təsdiqini tapmayıb.

Lənkəranda avqustun 24-ü dənizdə boğulan Amili tələbə yoldaşları “Qafqazinfo”ya bildiriblər ki, Amil Sura ilə qrup yoldaşı olmayıb və onlar bir-biriləri ilə tanış da deyillər. Amil universitetin Dünya İqtisadiyyatı ixtisası üzrə 5-ci kurs tələbəsi idi.

Bundan başqa, Suranın anasının ölümündən öncə qızına gələn zəngin mətbuatda qeyd edildiyi kimi Amil deyil, Abbas adlı şəxsdən gəldiyi məlum olub. Belə ki, gənc müğənninin anası bu barədə bir neçə gün öncə elə yerli mətbuata müsahibəsində bildirmişdi.

Avqustun 24-ü dənizdə boğulan universitetin digər tələbəsi Amil Əsgərovun dostları onun intihar etməsi ilə bağlı məlumatları da təkzib ediblər.

Qeyd edək ki, Amil elə dünyasını dəyişdiyi gün dənizdə çəkdirdiyi son fotosunu facebook hesabında paylaşıb


Müəllif:

Oxşar xəbərlər