9 Fevral 2019 13:04
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 26381 (2017-ci il ilə müqayisədə 268 fakt və ya 1% çox) cinayət qeydə alınıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.

Məlumata görə, onların 92,4 %-i və ya 24372-i daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub:

“Bu cinayətlərin 89,7 faizini böyük ictimai təhlükə törətməyən (7403) və az ağır (14456), yalnız 10,3%-ni (2513) ağır və xüsusilə ağır cinayətlər təşkil edib. Qeydə alınmış cinayətlərin strukturunda 4794-ü (2017-ci il ilə müqayisədə 108 və ya 2,3% çox) şəxsiyyət əleyhinə, 11979-u (-845; -6.6%) iqtisadi sahədə törədilən, onlardan 11712-i (-982; -7,7%) mülkiyyət əleyhinə, 6710-u (+594; +9,7%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 884-ü (+212; +31.5%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər