Xaçmaz rayonunda bələdiyyə sədri rayon torpaq və xəritəçəkmə komitəsinin sədrinin qolunu sındırıb.
Teleqraf.com publika.az-a istinadən bildirir ki, bir həftə öncə Xaçmaz rayon bələdiyyə sədri Rəşad Qasımovla rayon torpaq və xəritəçəkmə komitəsinin sədri Adıgözəl Tağıyev arasında telefon söhbəti zamanı mübahisə yaşanıb.
Bundan sonra R.Qasımov A.Tağıyevin kabinetinə gedir. Kabinetdə əlbəyaxa dava zamanı bələdiyyə sədri komitə sədrinin qolunu sındırıb. Davanın səbəbinə gəlincə, mənbə bildirir ki, vaxtilə bələdiyyə sədri olmuş, hazırda da isə R.Qasımovun müavini köhnə tarixlə torpaqları satır, A.Tağıyev isə imzalayırmış.
Mənbə bildirir ki, hadisəni rayon rəhbərliyi gizli saxlamağa çalışır. Məsələ ilə bağlı araşdırmamız davam edəcək.