Azərbaycan Respublikasi Gənclər Fondunun maliyyə dəstəyi, Yazıçılar Birliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə keçirilən "Kitabqurdu " layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın görüşü keçirilib.
Teleqraf.com xəbər verir ki, layihə gənclərdə bədii ədəbiyyata marağın artırılması, kitab zövqünün formalaşdırılmasına yönəlib. Bu məqsədlə layihə yazıçılar ilə gənclərin silsilə görüşü formatında təşkil olunub. Həmçinin “Kitabqurdu” layihəsi ərzində dünya və Azərbaycan ədəbiyyatı üzrə kitab siyahısının bir qismi hazırlanıb və siyahıdakı kitablar haqqında qısa məlumat verən kitabça tərtib olunub.
Görüşlər zamanı bu kitabçalar və bukletlər tələbələrə paylanılıb.