9 Mart 2019 19:44
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində “Naxçıvan şəhər Ticarət və Xidmət Departamenti” publik hüquqi şəxsi yaradılıb.

"Report"un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 9-da bununla bağlı sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsini təsdiq etmək və sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər