Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin həcmi açıqlanıb.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, 2014-ci il sentyabr ayının 1-dək Silahlı Qüvvələrə Yardım Fondunun hesabına 57 154 936 manat, 211 791 ABŞ dolları, 593 avro pul daxil olub. Artım Fondun manat hesabında baş verib. ABŞ dolları və avro hesablarda vəsait dəyişməz qalıb. Rusiya rublu ilə olan hesaba isə vəsait daxil olmayıb.
Ötən ay isə Fondun Azərbaycan manatı ilə olan hesabına yığılan vəsait 56 389 974 AZN təşkil edib.
Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmayan digər daxilolmalar hesabına formalaşır.
BƏXTİYAR