1 May 2019 19:27
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı alim dr. Elsevər Salmanov 29 apreldə Türkiyənin nüfuzlu universitetlərindən olan Qazi Universitetinin Beynəlxalq Münasibətlər Kafedrasında, həmin Kafedranın müdiri, tanınmış alim Prof. Dr. Soyalp Tamçelikin elmi rəhbərliyi altında "Azərbaycan-Türkiyə Münasibətləri və Heydər Əliyev - 1993-2003" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Teleqraf.com xəbər verir ki, dissertasiyanın müəllifi elmi işində, Azərbaycanın qardaş ölkə Türkiyə ilə suveren dövlət kimi münasibətlərinin qurulması və inkişaf etdirilməsində Heydər Əliyev şəxsiyyətinin müstəsna rolu və bu kontekstdə Azərbaycanın 1990-1993-cü illərdəki mürəkkəb siyasi və iqtisadi-sosial böhrandan çıxarılması; Azərbaycanda dövlətçiliyin qurulması və möhkəmləndirilməsi; Sovet İttifaqı dövründə eləcə də 1993-cü ildən sonrakı dövrdə Ümummilli Liderimizin həyata keçirdiyi inkişaf məqsədli fəaliyyətlərini geniş elmi mənbələrə söykənərək əsaslı bir şəkildə izah edib.

Qeyd etmək istərdik ki, sözügedən doktorluq dissertasiyası Ümummilli Liderimizin ölkəmizdə yaratdığı dövlətçilik ciddiyyəti və rasionallıq istiqamətində yürütdüyü strategiyaların xarici siyasətdə əks olunmasına dair Türkiyədəki ilk elmi işdir.

Münsiflər heyətinin Sədri Prof. Dr. Cemalettin Taşkıran elmi əsaslara söykənən dissertasiya ilə tanış olduqdan sonra Azərbaycana baxışının dəyişdiyini etiraf etmiş və elmi işə müsbət rəy bildirib. Elmi işin müdafiəsi yekdilliklə məqbul hesab edilib. Qazi Universitetinin Beynəlxalq Münasibətlər Kafedrasının Müdiri Prof. Dr. Soyalp Tamçelik dissertasiyanın kitab halında nəşr ediləcəyini də qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər