Azərbaycan Milli Elmlər Aakademiyasının Tarix İnstitutu Azərbaycan Prezidentinin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə dövlət tarix və mədəniyyət qoruğu elan olunan Keşikçi Dağ Monastr Kompleksi ilə bağlı elmi cəhətdən sanballı bəyanatla çıxış edib. Bilirsiniz ki, Gürcüstanda müəyyən ekstremist dairələr bu komplekslə bağlı iddialar irəli sürürlər.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə deputat Qüdrət Həsənquliyev deyib.
Millət vəkili sanballı bəyanata görə həm AMEA, həm də Tarix İnstitutuna öz təşəkkürünü ifadə edib.