24 May 2019 09:10
1 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kirpiklərinizdə və ya genital orqanlarınızda canlıların yaşadığını bilirdiniz?

Teleqraf.com xəbər verir ki, daha çox bədənin tük köşklərində rast gəlinən bu kiçik gənələr zərərsiz kimi görünsələr də, daha çox qadınlarda rast gəlinən “Rosacea” (“Gül xəstəliyi”) xəstəliyinin yaranmasına səbəb olurlar.

“Demodex folliculorum” adlanan bu səkkiz ayaqlı gənələr nöqtədən də kiçikdir.

“Demodeks istilası”nın simptonları nadir rast gəlinsə də, bu, özünü daha çox üz dərisindəki problemlərdə büruzə verir.

İki-üç həftə ömrü olan bu gənəciklər saç folikullunun içinə təxminən 15-20 yumurta qoyurlar. Üzdəki kapillyar damarların genişlənməsinə və nəzarət edilə bilməyən qızarmaya səbəb olur. Eyni zamanda, qırmızı, ağrılı, irinli ləkələrə də yol aça bilirlər.

Zərərsiz olaraq qəbul edilmiş bu gənəciklər qadınlarda tez-tez rast gəlinən “Gül xəstəliyi”nə və blefarit adlanan kirpik dibi iltihabına səbəb olur.

“Gənəcik istilası”na məruz qalmış insanlar yuxudan oyananda göz qapağı və qaş qaşıntısından şikayət edirlər. Gecə yatarkən hərəkətə keçən gənəciklərdən qorunmaq üçün yatmazdan əvvəl üzü yumaq, zeytun yağı və limon suyunu qarışdırıb qaş və kirpiklərinizə sürtmək tövsiyə edilir. Yataqda ölü dəri qırıntılarından bəslənən bu gənəciklərdən qorunmaq üçün eyni zamanda, yataq örtükləri tez-tez yuyulmalı, yaxud təmizlənməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər