24 May 2019 10:05
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir neçə mikrorayona suyun verilişində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün 1-5-ci mikrorayonların bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Müəllif: Teleqraf.com