Bu gün Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçını izləmək üçün paytaxtımıza gələn turistlərə sürpriz edilib.
Teleqraf.com-un məlumatına görə, Dövlət Sərhəd Xidmətinin əməkdaşları turistlərə hədiyyələr verir.
Onlar xanım azarkeşlərə qızılgül, kişilərə isə üzərində “Tofiq Bəhramov - 1966” sözləri yazılmış suvenir bağışlayırlar.