“Azərbyacanlıların Məkkə ziyarətinə marağı azalıb”.
Teleqraf.com xəbər verir ki, bunu Vəhdət Partiyası sədrinin müavini Vasif Əfəndiyev deyib.
Partiya rəsmisinin sözlərinə görə, Məkkə ziyarətinə marağın azalmasına səbəb Azərbaycan şiələrinin daha çox Kərbəla və Məşhədə üz tutmasıdır:
“Ölkə əhalisinin yarısı şiə olduğu üçün bu, hal təbiidir. Bu ziyarətləri təşkil etmək üçün İran xüsusi canfəşanlıq edir.
Kərbəla və Məşhəd ziyarətləri simvolik qiymətə təşkil edilir. Onlar tərəfindən qrup rəhbərləri təyin olunur. Daha çox ziyarətçi gətirən qrup rəbələri müəyyən yollarla həvəsləndirilirlər. Hazırda ziyarət üçün Azərbaycana ayrılan 1400 nəfərlik kvota dolmayıb”.