3 İyun 2019 13:18
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada fəaliyyət göstərən Azərbaycan, qarapapaq türk və qaqauz təşkilatlarının nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər Ukrayna Pravoslav Kilsəsinin “Müqəddəs Vladimir” Ordeni ilə təltif ediliblər.

Teleqraf.com xəbər verir ki, ictimai-siyasi xadimləri Kiyevdə öz rezidensiyasında qəbul edən Ukrayna Peryaslavl-Xmelnitski və Vişnevski Mitroploliti Aleksandr ordenləri şəxsən təqdim edib.

Bu barədə Mitropolit Alkesandrın mətbuat katibliyindən bildirilib.

Təltif mərasimi zamanı Mitropolit Aleksandr qeyd edib ki, Ukrayna Pravoslav Kilsəsi azərbaycanlıların, qarapapaqların və ümumən Ukrayna müsəlmanlarının ölkənin müstəqilliyi uğrunda apardığı mübarizəni yüksək qiymətləndirir.

Təltif haqqınada qərarda deyilir ki, bu şəxslər Ukrayna dövlətinin suverenliyinin möhkəmləndirilməsində, xalq qarşısıda və Ukraynada dini və milli dialoqun formalaşdırılmasına göstərdikləri xidmətlərə görə təltif edilirlər.

“Müqəddəs Vladimr” Ordeni ilə təltif edilən azərbaycanlılar bunlardır:

Eldar Tağıyev – Dnepropetrovski Azərbaycanlıları Liqasının aədr müavini

Professor Fərhad Turanlı – Ukrana Azərbaycanlı Ziyalılar Assosiasiyasının sədri, elmlər doktoru

Sərxoş İsmayılov – Dnepropetrovski Azərbaycanlıları Liqasının sədri

Murad Cəfərov – Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporasının sədr müavini

Dşqın Gülməmmədov – Ukrayna Qarapapaq Türkləri Milli Şurasının sədri,

Hikmət Cəfərov - Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporasının sədri

Vidadi İsrafilov – Ukrayna hərbi xadimi, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporası İdarə Heyətinin üzvü

Vilayət Xəlilov - Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyətinin sədr müavini


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər