AMEA-nın 6 bölmə üzrə fəaliyyət göstərən 17 institutunun direktorlarının səlahiyyət müddəti bitib.
Onların arasında AMEA prezidenti Akif Əlizadənin, sabiq Təhsil naziri Misir Mərdanovun, deputat Rafael Hüseynovun, deputat Gövhər Baxşəliyevanın da adı var.
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə:
Fizika İnstitutu - Nazim Məmmədov
İdarəetmə Sistemləri İnstitutu - Telman Əliyev
Riyaziyyat və Mexanika İnstitutu – Misir Mərdanov
İnformasiya Texnologiyaları İnstitutu - Rasim Əliquliyev
Biofizika İnstitutu – Oktay Qasımov (direktor vəzifəsini icra edən)
Kimya Elmləri Bölməsi üzrə:
Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu - Dilqəm Tağıyev
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu - Vaqif Fərzəliyev
Yer Elmləri Bölməsi üzrə:
Geologiya və Geofizika İnstitutu - Akif Əlizadə
Biologiya və Tibb Elmləri Bölməsi üzrə:
Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu – Ulduz Həşimova
Mərkəzi Nəbatat Bağı - Vahid Fərzəliyev (direktor vəzifəsini icra edən)
Humanitar Elmlər Bölməsi üzrə:
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu - İsa Həbibbəyli
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu - Teymur Kərimli
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi - Rafael Hüseynov
Hüseyn Cavidin Ev Muzeyi- Gülbəniz Babaxanlı
İctimai Elmləri Bölməsi üzrə:
Fəlsəfə İnstitutu - İlham Məmmədzadə
Milli Azərbaycan Tarixi Muzeyi - Nailə Vəlixanlı
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu - Gövhər Baxşəliyeva
Xatırladaq ki, Akademiyanın Rəyasət Heyətinin bütün üzvlərinin seçkiləri beş ildən bir keçirilir.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi tədqiqat müəssisələrində direktor vəzifələrini tutmaq üçün seçkilərin keçirilməsi haqqında elan verilib. Direktor vəzifəsinə namizədlər yüksək elmi nailiyyətləri, elmi-təşkilati bacarığı olan alimlər sırasından müvafiq bölmənin bürosu, həmin bölmədən olan üzvlər və ya həmin elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.
Namizədlərin irəli sürülməsinə dair sənədlər (2 nüsxədə) iyulun 11-dək AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir./report/