2019-ci ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunun topogeodeziya ixtisaslı zabitləri arasında “Ən yaxşı topoqraf” adı uğrunda yarış keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yarış zamanı iştirakçılar ərazidə səmtləşmə, Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu vasitəsilə dayanma nöqtəsinin koordinatlarının təyini, müasir proqram təminatından istifadə edilməsi və fiziki hazırlıq üzrə bacarıqlarını nümayiş etdiriblər.
Üç gün davam edən yarışda iştirakçıların praktiki bacarıqları ilə yanaşı, nəzəri bilikləri də test üsulu ilə yoxlanılıb.
Sonda ümumi nəticəyə görə qaliblər müəyyən olunub.