24 İyun 2019 09:01
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Sosialist Əməyi Qəhrəmanı dünyasını dəyişib.

Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Zəminə Sərdar qızı Aslanova 79 yaşında vəfat edib.

Z.Aslanova 1940-cı ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. O, Azərbaycanın pambıq ustası, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı və Prezident təqaüdçüsü olub./report/


Müəllif: Teleqraf.com