26 İyun 2019 17:08
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvin 3 ay azadlıqdan məhrum edilib.

Teleqraf.com xəbər verir ki, fəal dövlət əmlakına zərər vurmaqda ittiham olunub.

Müctəba Pərvin bu ittihamla keçən il oktyabrın 9-da evində saxlanılıb.

Güney azərbaycanlı milli-mədəni fəal, “Traktor Azərbaycan” futbol komandasının fanklubunun başçılarından biri Kazım Səfabəxş isə 13 il azadlıqdan məhrum edilib.

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal yaxınları ilə əlaqə saxlayaraq bu barədə məlumat verib.

Fəal İran hakimiyyəti əleyhinə təbliğat aparmaq, bölücü qrupu yaratmaq və idarə etmək və ictimai asayişi pozmaqda ittiham edilib.

Kazım Səfabəxş 2018-ci il noyabrın 25-də Tehranda İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq Evin həbsxanasına aparılıb.

Azərbaycanlı fəalın yaxınları onun saxlanılmasını Tehranın “Perspolis” komandasının rəhbərliyində təmsil olunan Abbas İsmayılbeygi ilə arasında baş verən mübahisəylə əlaqələndirir.

Fəal özü barəsində hazırlanan dosyenin saxta olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu