27 İyun 2019 11:43
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç gündən sonra Bakıda YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək. Bu, tarixi hadisədir.

Bunu jurnalistlərə açıqlamasında mədəniyyıət naziri Əbülfəs Qarayev bildirib.

O qeyd edib ki, sessiyada 3 minədək mütəxəssisin iştirakı gözlənilir:

“150-dən çox ölkənin nümayəndələri gəlib dünyanın mirası, dünyanın mədəni irsi, onun vəziyyəti ilə bağlı məsələləri 10 gün müddətində müzakirə edəcəklər. Lakin bu tədbirlər çərçivəsində bu gün xüsusi əhəmiyyətli bir tədbir başlanır. Bilirsiniz ki, Dünya İrs Siyahısına bütün dünya üzrə cəmi 1000 abidə daxildir. Yəni, 1000 nominasiya qəbul olunub. 1000 torpaq, yer, məkan, tarixi abidə dünyanın – YUNESKO-nun Mədəni İrs Siyahısına daxildir. Onların hamısının idarə edilməsi, hamının qlobal çağırışlarla uzlaşma dövründə vəziyyətinin saxlanılması, inkişafı və təhlükəsizliyinin təmin edilməsi mövzusu müzakirə ediləcəkdir. Bu, dünyanın ən narahatedici məsələlərindəndir. Çox yaxşı haldır ki, Azərbaycanın iki nümunəvi nominasiyası bu siyahıya daxil olub. Bunlar “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğunu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğudur”.

Ə.Qarayev qeyd edib ki, Bakıya təşrif buyuranlar arasında həmin 1000 abidənin 60-dan çoxunun rəhbəri olacaq:

”Onlar dünyanın ən nüfuzlu Mədəni İrs Siyahısına daxil olan məkanların rəhbərləridir. Onlara bizim apardığımız işlər haqqında məlumat vermək, eyni zamanda gələcəkdə onların təcrübəsini Azərbaycanda və digər ölkələrdə tətbiq etmək məsələsi olduqca vacib məsələdir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər