Tanınmış vəkil, Vəkillərin İntizam Komissiyasının üzvü, Bakı şəhəri "Mərkəz" vəkil bürosunun müdiri Sərdar Qədir oğlu Qasımov bu gün vəfat edib.
Teleqraf.com xəbər verir ki, 1996-cı ildən vəkillik fəaliyyəti ilə məşğul olan Sərdar Qasımov əmək fəaliyyətinə 1973-cü ildə Ağdam rayonunda 43 nömrəli Tikinti İdarəsində fəhlə kimi başlayıb, daha sonra həmin rayonda müxtəlif təsərrüfat müəssisələrində hüquqşünas olaraq işləyib.