1 İyul 2019 14:38
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran məhkəməsinin qərarına baxmayaraq, güney azərbaycanlı milli-mədəni fəal, yazıçı Siyamək Mirzayi azadlığa buraxılmır.

Teleqraf.com xəbər verir ki, yazıçı hazırda Tehranın Evin həbsxanasında saxlanılır.

Tehran məhkəməsi şəxsiyyət vəsiqəsi və pul cəriməsi qarşılığında fəalın azadlığa çıxması barədə qərar qəbul edib. Ailəsi məhkəmənin tələbini yerinə yetirsə də, Siyamək Mirzayi hələ də həbsxanadadır.

Həbsxana rəhbərliyinə müraciət edən ailə kobudluqla üzləşib. Həbsxanadan fəalın ailə üzvlərinə “Gedin, nə vaxt sizə zəng edilsə, onda gələrsiniz. Siyamək hələlik azadlığa buraxılmayacaq” cavabı verilib.

Güney azərbaycanlı fəal İran hakimiyyəti əleyhinə təbliğat aparmaqda ittiham olunaraq həbs olunub. O və ailəsi bu ittihamı qəbul etmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər