Argentinanın Azərbaycandakı səfiri Serxio Osvaldo Peres Qunella Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.
Publika.az QMİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər hər iki ölkənin cəmiyyətlərinin eyni dəyərləri bölüşmələri və fərqli dinlərə qarşı hörmət bəslədikləri barədə həmfikir olduqları vurğulanıb.
Görüşdə bu ilin noyabr ayında Bakıda təşkil olunacaq dinlərarası zirvə toplantısı haqqında da müzakirələr aparılıb.