Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərində aparılacaq təmir işlərinə görə qaz təchizatının bu gün saat 10:00-dan etibarən 2 gün müddətinə dayandırılması texniki səbəblərdən təxirə salınıb.
Bu barədə Teleqraf.com-a “Azəriqaz”dan bildirilib.
Məlumatda qeyd edilir ki, qaz təchizatında hər hansı məhdudiyyət olmayacaq.