22 Avqust 2019 12:18
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futzal üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Milton Luis Ziller Junior vəfat edib.

Bununla bağlı Azərbaycan Futzal Federasiyasının rəhbərliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, "Professor" ləqəbli Milton 2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində Azərbaycan millisinin baş məşqçisi olub. Yığma ilk dəfə iştirakçısı olduğu mundialda mübarizəni 1/4 finalda dayandırıb.


Müəllif: Teleqraf.com