Bakının Binəqədi rayonunda dilənçi və avaraçılıqla məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
Daxili İşlər bazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində avaraçılıq və dilənçiliklə məşğul olduqlarına görə 16 nəfər, o cümlədən 5 kişi, 4 qadın və 7 azyaşlı saxlanılıb.