AzərTAc xəbər verir ki, bu barədə layihənin əlaqələndiricisi, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov məlumat verib.
O deyib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun və Bakı metrosunun genişləndirilməsi, Bakı ətrafında çoxzolaqlı dairəvi yolun salınması bu layihələr sırasındadır. Buraya Böyük Şor ərazisində Olimpiya şəhərciyinin salınması, Böyük Zirə adasında İstirahət Sağlamlıq Kompleksinin tikintisi kimi layihələr də əlavə edilə bilər.
Eyni zamanda, paytaxtın Sabunçu və Binəqədi rayonlarında alt mərkəzlərin, Biləcəri qəsəbəsində logistika, Zığ və Lökbatan qəsəbələrində isə lokal mərkəzlərin təşkili planlaşdırılır.
Ekoloji məqsədli layihələrə isə Böyük Şor gölü, Bülbülə gölü və Xocasən gölü ilə bağlı məsələlər daxildir.
Layihədə əksinin tapmış təkliflər şəhərin iqtisadi inkişafında da əhəmiyyətli rol oynayacaq.