22 Oktyabr 2019 18:39
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mətbuatda “Bakı Metropoliteni”nin bütün stansiyalarının rəis və müavinlərinin dəyişməsi xəbəri həqiqəti əks etdirmir. Yalnız “Şah İsmayıl Xətai”, “Sahil”, “Neftçilər”, “Nizami”, “Əhmədli”, “28 May”, “Memar Əcəmi 2”, “Avtovağzal”,”Bakmil “ və “Memar Əcəmi”stansiyalarının rəis və müavinləri dəyişilib”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, təyinat normal bir hadisədədir: “Metropoliten böyük müəssisədir. Stansiya rəisləri də onlar sırasındadır. Təyinatlar metropolitenin daxili struktur məsələsidir.

Son təyinatlar metropolitenin birbaşa vəzifəsi olan sərnişindaşıma və onunla bağlı əsas məsələlərə prinsipial təsiri olan yenilik deyil. Bu, böyük və rezonans doğura biləcək hadisə deyil”.


Müəllif: İmamət İsmayılova