3 Noyabr 2019 12:12
355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki hava barədə məlumat yayıb.

Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 17 m/s-dək mülayimləşib.

Neft Daşları stansiyasının məlumatına görə, dalğanın hündürlüyü 4 metrə enib. Hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, 7-12 m/s şimal-şərq küləyinin əsəcəyi gözlənilir.

Noyabrın 4-də fasilələrlə yağış yağacaq. Cənub-şərq küləyi 5-10 m/s, günün ikinci yarısında arabir 12-15 m/s olacaq.


Müəllif: Teleqraf.com