18 Sentyabr 2014 21:27
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Milli Tolerantlıq Mərkəzinin layihəsi çərçivəsində silsilə seminar-treninqlər davam edir. DQİDK-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, növbəti seminar-treninq Cəlilabad şəhərində keçirilib.

Tədbirdə DQİDK-nın Dini Qurumlarla İş üzrə şöbəsinin müdiri Niyaz Yaqubov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının I müavini Asif Əzizov, Milli Tolerantlıq Mərkəzinin rəhbəri Elmin Əliyev, cənub bölgəsinin dini icma rəhbərləri və ziyalıları iştirak edib.

Tədbirin açılışında çıxış edən DQİDK-nın Dini Qurumlarla İş üzrə şöbəsinin müdiri Niyaz Yaqubov bildirib ki, bu gün dövlət dini icmalar üçün hər cür şərait yaradır. Ancaq bu o demək deyil ki, bundan sui-istifadə hallarına yol veriləcəkdir. Tolerantlıq ənənələrini pozmağa cəhd edənlərə qarşı birlikdə dini icmalarla birgə mübarizə aparılacaqdır.

Milli Toleranlıq Mərkəzinin direktoru Elmin Əliyev bildrib ki, silsilə treninqlərin avqust-sentyabr ayları ərzində davam etdiriləcəkdir. E. Əliyev onu da əlavə edib ki, bu seminar treniniqlərin Dövlət Komitəsi ilə birgə keçirilməsi dövlətin bu sahəyə olan diqqətinin göstəricisidir.

Daha sonra paytaxtdan dəvət olunmuş ilahiyyatçı ekspertlər tərəfindən milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumlarının dini təməlləri istiqamətində maraqlı məruzələr dinlənilib. Tədbirin yekununda radikal dini düşüncənin qlobal fəsadları, dini zəmində parçalanma, məzhəb ayrıseçkiliyi probleminin səbəbləri və aradan qaldırılması mövzusunda dini icma nümayəndələri ilə müzakirələr aparılıb.

Ayxan


Müəllif:

Oxşar xəbərlər