12 Noyabr 2019 15:15
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleaparıcı Xose Bernardo ARB TV-nin “Show News” verilişinə müsahibə verib.

Teleqraf.com xəbər verir ki, ötən gün qardaşı Rafael Hüseynovla birlikdə bıçaqlanan teleaparıcı Xose Bernardo hadisənin qısqanclıq zəmnində baş verdiyini deyib:

“Ölüm xəbərim belə yayıldı. Amma hər şey qaydasındadır. Qolumda və ayağımda bıçaq kəsikləri var. İki barmağımı hiss etmirəm. Qardaşımın vəziyyəti yaxşı deyil. 15 bıçaq zərbəsi dəyib. Boğazında, qarın nahiyəsində zərbələr çoxdur. Demək olar ki, bədəni deşik-deşikdir.

Qardaşım, sevgilisi və mən həyətdə oturmuşduq. Qardaşım qonşuya nəisə almağa getdi. Birdən səsi gəldi, məni çağırırdı. Qapıya çatanda gördüm qardaşım qan içindədir. Bıçaqlayan adamla əlbəyaxa olduq. Məni də bıçaqladı. Qonşular səsimizə gəldi, həmin adam qaçdı. Ailəliklə şok keçirdik.

Sonradan nə baş verdiyini anladıq. Hadisə qısqanclıq zəmnində baş verib. Bıçaqlayan şəxs qardaşımın sevgilisinin keçmiş həyat yoldaşıdır. Həmin adam həbs edilib. Qardaşım komadan ayılıb, lakin vəziyyəti ağırdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər