Teleqraf.com dünyanın nüfuzlu ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - Çox əlverişli gündür. Ondan ciddi, vacib və faydalı iş üçün istifadə etmək yaxşı olardı. Dostlarınızdan alacağınız maraqlı informasiya sizi maraqlı fikirlərə sövq edə bilər.
Dünyanın o başına və ya yaxınlıqdakı parka getməyinizdən asılı olmayaraq, bu gün planlaşdırılan səfərlər yaxşı keçəcək. Yaradıcılıq potensialı yüksəkdir. Onun layiqincə tətbiqini tapmaq lazımdır. Özünüzü ənənəvi işlər, adi məsələlərin həlli ilə məhdudlaşdırmayın, yeni üfüqlər açın.
Buğa - Çətin gün olacaq. Çətin məsələləri həll etməlisiniz. Özünüz də ehtimal edirsiniz ki, bu məsələlərin doğru cavabı mövcud deyil. Ailə üzvləri ilə mübahisələr mümkündür.
Diskussiyaları konstruktiv məcrada saxlamaq, şəxsiyyətə keçməmək heç cür alınmır. Bəzən özünüzü təmkinli və nəzakətli aparmağa çalışsanız da, daha çox emosiyalarınızı büruzə verirsiniz.
Dostlarla istirahət ümidlərinizi doğrultmayacaq. Köhnə incikliklər sevdiyiniz şəxslə münasibətlərdə harmoniyaya mane olacaq.
Əkizlər - Bir qədər gözləmək lazımdır: yeni başlanğıclar, cəsur eksperimentlər və yaradıcılıq axtarışları üçün əlverişli vaxt bir qədər sonra başlayacaq. Hələlik isə fikrinizi darıxdırıcı, bununla belə, diqqət tələb edən cari işlərə yönəldin. İstənilən sənədin rəsmiləşdirilməsində, hesabatların hazırlanmasında səliqə lazımdır. İstənilən ehtiyatsızlıq pis hadisələrə yol aça bilər.
Yaxınlarınızla dil tapmaq asan olmayacaq: onların susqun narazılığını, sizin plan və ideyalarınızla razılaşmamalarını hiss edəcəksiniz. İndi əsas məsələ incikliklərdən yayınmaqdır. Bütün mübahisəli məsələləri sonra həll etmək mümkün olacaq.
Xərçəng - Bu gün asan olmayacaq. Böyük ümidlər bəslədiyiniz planı həyata keçirmək mümkün olmayacaq. Üstəlik, dərhal həllini tələb edən yeni məsələlər ortaya çıxacaq. Bəzən vəziyyət, demək olar ki, ümidsiz təsir bağışlayacaq. Ümidsizlikdən yalnız təbii nikbinliklə xilas olmaq mümkündür.
Nasazlıqlar mümkündür. Özü də əhvalınız güc və enerjiyə ehtiyacınız olduğu vaxtda pisləşəcək. Ciddi fiziki yük, yorucu idman faydalı deyil. Aromaterapiya, spa prosedurları və masaj seansları isə xeyirlidir.
Şir - Uğursuzluqlar vaxtı gəldi. Bu gün işləriniz gətirməyəcək. Bürcün nümayəndələri çətin vəziyyətlərə düşəcək, aşılmaz çətinliklərlə qarşılaşacaqlar. Özü də köməyə heç kim tələsməyəcək. Nədənsə hamıya elə gəlir ki, siz problemlərin öhdəsindən təkbaşına gəlməyə üstünlük verirsiniz.
Nə işdə, nə də evdə dərindən nəfəs almaq mümkün olacaq. Yaxınlarınız sizə bütün sualların cavabını bilən adam kimi baxırlar: heç kim sizə şübhələnmək, tərəddüd etmək hüququ vermir. Başqalarının məsuliyyətini öz üzərinizə götürməli olacaqsınız.
Qız - Siz çox şeyə qadirsiniz və maraqlı imkanları əldən buraxmırsınız. Ona görə də gün həddindən artıq məhsuldar olacaq. Danışıqlara çəkinmədən gedin: ünsiyyətdə olacağınız adam nə qədər hörmətli olsa, bir o qədər yaxşıdır.
Bu gün sizin üçün dəyərli olan insanla çox şey barədə danışa bilərsiniz. Yəqin ki, onun sizi nə qədər yaxşı başa düşdüyünü anlayacaqsınız. Həlli mümkün görünməyən bir çox problemlərin öhdəsindən gələcəksiniz.
Tərəzi - Həm uğurlu, həm də maraqlı gündür. Üstəlik, o, romantik tonlarla bəzənə bilər. Bəzən işləriniz gətirəcək, bəzən isə fenomenal şəkildə gətirəcək.
Sanki heç nə etməyə ehtiyac yoxdur: həyat onsuz da sizə rifah gətirəcək. Sizin şən və nikbin ovqatınız mənfi xarici təsirlərdən qoruyan qalxana çevriləcək. Bir çox Tərəzilər bu gün sərfəli sövdələşmələrə gedəcək, maraqlı iş təklifləri alacaqlar.
Əqrəb - Bu gün peşə sahəsindəki çətinliklərlə yadda qalacaq. Xüsusilə, rəhbərliklə ciddi fikir ayrılıqları yarana bilər. Siz bundan sonra nə etmək - kompromis, yoxsa yeni iş yeri axtarmaq barədə düşünməyə başlayacaqsınız.
Hansı qərarı qəbul etməyinizdən asılı olmayaraq şübhə etməyin ki, bundan sonra hər şey yaxşılığa doğru dəyişəcək. Səfərlər pis keçməyəcək. Qeyri-adi və maraqlı insanlarla tanışlıq mümkündür. Qarşılıqlı rəğbət yaranacaq. Amma çətin ki, bu, ciddi hisslərin başlanğıcı ola. Bir az pul gəliri ola bilər.
Oxatan - Sizi çox çətin gün gözləyir. Yalnız öz gücünüzə arxalanmalısınız. Düzdür, köməkçiləriniz var, amma daim onlara təkan vermək, nəzarət etmək lazım gəlir. Ona görə də kifayət qədər tez bir zamanda bu nəticəyə gələcəksiniz ki, ən asanı və tezi hər şeyi özünüzün etməyinizdir. Səfərlərdə ehtiyatlı olun. Səfərlər gözlədiyiniz kimi keçməsə, təəccüblənməyin.
Günün ikinci yarısında planlarınızı dəyişməyə, əvvəlcədən təyin olunmuş hansısa görüşlərdən imtinaya vadar edəcək nasazlıqlar mümkündür.
Oğlaq - Bu gün diqqəti şəxsi işlərinizə yönəltmək kifayət qədər çətin olacaq: sizi tez-tez yayındıracaq və boş şeylərə görə təngə gətirəcəklər. Çoxdan əməkdaşlıq etdiyiniz adamlarla küsüşə bilərsiniz. Çünki üst-üstə yığılan xırda fikir ayrılıqları kritik səviyyəyə çatacaq. Hələlik baş verənlər bir stəkanda fırtınadır. Amma təmkin nümayiş etdirməsəniz, əsl problemlər yarana bilər.
Sevdiyiniz insan sizin bir çox şübhə və həyəcanlarınızı anlamır, sizi sakitləşdirməyə çalışır. Amma əbəs yerə. Özünüz vəziyyətdən baş çıxarmasanız, mənəvi tarazlığa bel bağlamağa dəyməz.
Dolça - Uzun müddət və ciddi-cəhdlə qurduğunuz planların reallaşması üçün əlverişli məqam yetişdi. Sizə heç nə mane ola bilməz - nə hadisələrin əlverişsiz inkişafı, nə müttəfiqinizin səhvi, nə də bədxahınızın fitnəsi. Çətin maliyyə və mülkiyyət məsələlərinin nizamlanması mümkün olacaq.
Bu gün səyahət və istirahətin planlaşdırılması, bilet və göndəriş (putyovka) alınması, təşkilati məsələlərin həlli üçün çox münasibdir. Maliyyə mənzərəsi o qədər də xoşagələn deyil. Amma narahatlıq üçün ciddi əsas yoxdur.
Balıqlar - Əvvəllər başladığınız işləri sakitcə başa çatdırmaq, son vaxtlar küsdüyünüz adamlarla münasibət qurmağa imkan verən əlverişli gündür. Ailədəki fikir ayrılıqlarına son qoymaq olar. Amma bunun üçün ona cavab qaytarılmasını sevməyən adamla üz-üzə gəlməli olacaqsınız. Bazarlıq üçün yaxşı gündür. Kosmetika, parfümeriya və qeyri-adi geyim almaq daha yaxşı olar.
Gözəllik salonuna baş çəkmək də sevinc bəxş edəcək. İmiciniz üzərində eksperimentlər uğurlu olacaq. Bu işlərlə günün birinci yarısında məşğul olun ki, günün ikinci yarısında sizi xoşunuza gələn adamla ünsiyyətdən heç nə yayındırmasın.
Milli.Az