15 Noyabr 2019 22:43
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

"Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışlı davranmalarını xahiş edirik", - Agentlikdən bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər