Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Qəhrəmanlının (Zümrüd Yağmur) boşanma ilə bağlı iddia ərizəsi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Abşeron rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə baş tutan prosesdə tərəflərə barışmaları üçün 3 ay vaxt verilib.
Bu səbəbdən proses gələn ilin fevral ayına qədər təxirə salınıb.
Qeyd edək ki, Zümrüd Qəhrəmanlı iddia ərizəsində nikahın pozulması, alimentin təyin edilməsi və yetkinlik yaşına çatmayan uşağının ona verilməsini tələb edib.
O, iddia ərizəsini bu ilin avqustun 1-də Abşeron rayon Məhkəməsinə təqdim edib.