9 Dekabr 2019 18:08
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni telekanallarından biri İqdır şəhərini Qərbi Ermənistan şəhəri adlandırıb, habelə 20-yə qədər Şərqi Anadolu və cənub- şərq şəhərlərinin “Qərbi Ermənistan” dövlətinin sərhədlərində yerləşdiyini elan edib. Bu arada o da bəlli olub ki, 1915-ci ildə Osmanlının sürgün etdirdiyi ermənilərin davamçıları “Qərbi Ermənistan” adlı dövlət yaradıblar və hətta internet üzərindən bu dövlətin vətəndaşlığını 40 ABŞ dollarından satırlar.

Teleqraf.com bu mövzuda, professor, türk-erməni münasibətləri üzrə mütəxəssis Firudin Cəlilovla söhbətləşib. Müsahibəni təqdim edirik:

- Firudin müəllim, Ermənistanda yayımlanan Western Armenia TV-nin Türkiyənin İqdır şəhərini “Qərbi Ermənistan” şəhəri kimi təqdim etməsi artıq birinci hal deyil. Siz, bunu necə qiymətləndirirsiniz?

- Ermənilərin xisləti bu məsələdə də özünü göstərir. Onlar öz konstitusiyalarına “Qərbi Ermənistan” dedikləri əraziləri daxil ediblər. Hətta Ağrı dağını da öz ərazilərinə daxil ediblər. Hərçənd ki, Ağrı dağı Türkiyənin ərazisində yerləşir. Onlar həmişə “Qərbi Ermənistan” deyilən saxta bir anlayışı yaddaşlarda saxlayırlar. Qarsdan Van gölünə qədər olan Türkiyə ərazilərini öz xəritələrinə salır, dərsliklərində tədris edirlər. Bir sözlə, bu məsələləri 100 ildir gündəmdən çıxarmırlar. Son illərdə isə televiziyada bunu geniş təbliğ edirlər. Əslində məşhur məsəl var, deyir, keçinin əcəli gələndə buynuzuni çobanın çomağına sürtür. Belə iddialar irəli sürürlər, amma anlamırlar ki, Rəcəb Təyyub Ərdoğan dəliqanlı və risqi sevən siyasətçi, dövlət başçısıdır. Bir də gördün basıb Yerevana qədər getdi və dedi ki, buyurun, bizdən nə istəyirsiniz?

- Ermənilər Türkiyənin qarşısında çox gücsüz olduqlarını bildiyi haqda nədən belə iddiaları dayandırmırlar?

- Mənim fikrimcə, belə təbliğat aparmaqda iki məqsəd var. Biri milli baxımdan bu saxta iddiaların gündəmdən çıxmasını istəmir, həmin torpaqları öz “vətən”ləri sayırlar. İkincisi, həmişə qıcıq yaradır, rəqiblərini, düşmənlərini bu yolla qıcıqlandırırlar.

Əslində vaxtında Vedi camaatının hamısı demək olar ki, İqdıra köçüb. İqdırda yaşayan insanlar İrəvanı xəritələrinə salmalı, deməlidir ki, biz həmin torpaqlardan gəlmişik, İrəvan, Zəngibasar bizimdir. Biz bunları etmirik və bu, bizim çox zəif yerimizdir. Təsəvvür edin ki, onlar dərslik çap ediblər, söhbət tarix dərsliyindən gedir. “Böyük Ermənistan” xəritəsini götürüb dərsliyə salıblar. Bizdə milli təəssübkeşlik yoxdur, amma ermənilər 100 ildir ki, bu işlərlə məşğuldurlar. O qədər qudurublar ki, təkcə Qarabağ məsələsində atdıqları addımlar, Paşinyanın “Qarabağ Ermənistandır” deməsi buna bir nümunədir. Əslində söhbət xəstə bir millətdən gedir. Hətta ermənilərin bir keşişi vardı, deyirdi ki, erməni xəstəliyi var və hər 50 ildən bir erməniilər qan verməlidir. Bu qanı verməsələr, dincəlmirlər və s. Yəni gerçəkdən bizim qarşımızda xəstə bir toplum dayanıb.

- İndiki halda İqdırla bağlı bu iddiaların sonu necə olacaq?

- Əslində bunlar boş iddialar, xoruzlanmaqdır. Sadəcə əsəblərlə oynayırlar. Amma onların bir məqsədi var ki, bu xəstə iddialar yaddaşlardan silinməməlidir. Bax, bu səbəbdən də xəstə ideyalarını gündəmdən çıxarmırlar. Təbii ki, öz aləmlərində gələcəyə işləyirlər.

100 ildir ki onlar saxta soyqrımı ilə bağlı Türkiyənin başına oyun açırlar, hər yerdə bunu qaldırır, türkü sevməyən ölkələrdən dəstək alırlar. Əslinə qalsa, Türkiyə özü də bu əsassız işlərdən bezib. Türkiyə 2-3 qırıcı qaldırıb sərhəddə fırlatsa ermənilərin dərsini vermiş olar.

- Yaranan durum bu iki ölkə arasında qarşıdurmaya gətirib çıxara bilərmi?

- Yox, hərbi qarşıdurmadan söhbət gedə bilməz. Ermənistanın Türkiyə qarşısında elə bir gücü və potensialı yoxdur. Bilirsinizmi, küçədə sırtıq və dələduz uşaqlar olur, yoldan keçənə sataşırlar. İtəliysən, yenə də üzərinə gəlir. Mahiyyət baxımından rrmənilər budur. Onlarda milli xəstəlik mövcuddur.

Əslində bu məsələlərə ciddi yanaşmıram. Sadəcə mediada sizlər yazırsınız, biz də cavab verməli oluruq. Sözsüz ki, hər belə bir addım və hadisəyə Türkiyə reaksiyasını ortaya qoymalıdır. Çünki İqdır məsələsi son vaxtlar aktuallaşıb. Amma Qars, Ərdahan, Van gölü ətrafı haqda ermənilər illərdir iddia irəli sürürlər. Bu, acı həqiqətdir.

- Bu kimi təşəbbüslər ermənilərdən gəlsə də, Türkiyəni sevməyən qüvvələr də onlara dəstək verirlər.

- Əslində son 200 ildir ki, ermənilər bu regionda maşa rolunu oynayır. Bir dönəm onlardan ingilislər istifadə etdi, sonra yunanlar. Daha sonra özlərini rusların istifadəsinə verdilər. Yəni bu regionda ermənilər maşa rolunu oynayıblar. Bu mənada sözsüz ki, belə ideyaları onlara kənardan da verirlər. Əsas məqsəd Türkiyəni qıcıqlandırmaqdır. 100 il əvvəlki dövrə baxsaq, görərik ki, ABŞ-dan tutmuş Rusiyaya qədər anti-türk ovqatında olan dövlətlər ermənilərdən vasitə kimi istifadə ediblər.

- Ermənistan Baş naziri Nikol Paşinyan artıq üçüncü dəfə bəyan edir ki, heç bir şərt irəli sürmədən Türkiyə ilə danışıqlara hazırdır. İndiki erməni-türk münasibətləri konteksində bu iki dövlət arasında münasibətlər qurulması ehtimalı varmı?

- Əslində biz deyirik ki, sərhədlər bağlıdır və s. Amma belə deyil. Ərdoğanın məşhur bəyanatı vardı. Deyirdi ki, Türkiyədə 70 min erməni işçi gəlib işləyir. Eləcə də ticarət əlaqələri var, İrəvan mağazalarında türk istehsalı olan mallar satılır. Qeyri-rəsmi əlaqələr var. Amma Türkiyənin sərhədlərini rəsmi şəkildə açmaması Ermənistana böyük zərbədir. Bu mənada sözsüz ki, Paşinyan Türkiyə ilə əlaqələrin yaradılması tərəfdarı kimi çıxış edəcək. Amma Həm Qarabağ problemi, həm də bayaqdan etdiyimiz söhbətlər, Ermənistanın Türkiyəyə ərazi iddiaları səbəbindən Ankara bu addıma getməyəcək.


Müəllif: Cavad