Azərbaycan Dövlət iqtisad Universitetində (ADİU) kurs imtahanlarının keçirilmə qaydası ilə bağlı qərar qəbul edilib.
Teleqraf.com-a ADİU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2014/2015-ci tədris ilində ail təhsil müəssisəsinə qəbul olan birinci kurs tələbələri və SABAH Qruplarında təhsil alanlar üçün imtahanlar yazılı şəkildə aparılacaq.
Digər kurslarda təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi üçün keçirilən imtahanların test üsulu ilə aparılması qaydası isə dəyişilməz saxlanılıb.
SEVİL