"Ötən ildə hərbi qulluqçuların xidməti fəaliyyətinin və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xeyli sayda hərbi obyektlər istifadəyə verilib".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 11-də keçirilən xidməti müşavirədə deyib.
O, bu işlərin cari ildə də davam etdiriləcəyini qeyd edib: "Ali Baş Komandanın tapşırığına əsasən 2021-ci il də daxil olmaqla Azərbaycan Ordusunun bütün infrastrukturunun yenilənməsi prosesi tam başa çatdırılacaq".