17 Yanvar 2020 16:38
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleaparıcı Vladimir Solovyov ”Rossiya 1” telekanalındakı siyasi tok-şousunun canlı yayımında ekspert Qriqori Amnuellə mübahisəyə edib, onun üstünə qışqırıb.

Teleqraf.com xəbər verir ki, ekspert Sovet-Polşa müharibəsi zamanı əsir götürülmüş SSRİ vətəndaşlarının ölümünə görə Polşanın üzr istəməsi barədə fikirlərlə razılaşmayıb. Teleaparıcı da buna qəzəblənib.

Eyni zamanda Solovyov qeyd edib ki, Rusiya 1940-cı ildə Katın meşəsində 4500-ə yaxın polşalı zabitin güllələnmə faktını tanıyıb və baş verənlərə görə üzr istəyib.

“Rusiya Katın üçün üzr istədi, siz də (Polşanı nəzərdə tutur) Qızıl Ordu üçün üzr istədinizmi? Polşanın 1930-cu illərdə Sovet İttifaqına münasibətdə necə davrandığını xatırlamaq istəyirəm. Polşa ərazisində nə qədər diplomat öldürüldü?”, – teleaparıcı qeyd edib.

Öz növbəsində Q.Amnuel sovet diplomatlarını öldürənlərin ailə üzvlərinin SSRİ-də öldürülmüş polyaklar olduğunu deyib. Solovyovu məhz bu ifadə qəzəbləndirib.

Qeyd edək ki, V.Solovyov qatı ermənipərəst mövqeyi ilə seçilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər