17 Yanvar 2020 23:55
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Turizm haqqında” qanun layihəsi qəbul olunduqdan sonra Azərbaycanda yalnız sertifikat almış bələdçilər bu fəaliyyət növü ilə məşğul ola biləcəklər.

Bunu Trend-ə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) həmtəsisçisi, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyalar Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova deyib.

Onun sözlərinə görə, “Turizm haqqında” qanun layihəsi hələ qüvvəyə minmədiyindən bələdçilərə sertifikatlar və şəhadətnamələr onlar üçün keçirilən təlimin nəticəsi olaraq verilir:

“Lakin “Turizm haqqında” qanun layihəsi qəbul olunduqdan sonra bu sertifikatların həm də hüquqi qüvvəsi olacaq. Həmin sertifikatlara əsasən, onlar Azərbaycan daxilində turizm bələdçisi kimi fəaliyyət göstərə biləcəklər”.

ATBA həmtəsisçisi bildirib ki, həmin sertifikatların 5 il ərzində hüquqi qüvvəsi olacaq:

“Hazırda bələdçilər bizim təlimlərdən peşə biliklərini təkmilləşdirmək üçün keçirlər və sertifikat almaq onlar üçün məcburi deyil”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər