19 Yanvar 2020 18:26
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə günün ikinci yarısı da seçicilərlə görüş keçirib.

Teleqraf.com xəbər verir ki, deputatlığa namizəd İmişli rayonuna daxil olan Əliyetməzli və Məmmədli kəndlərində olub.

Deputatlığa namizəd Çingiz Qənizadə Qarabağ qazisi seçicisini də evində ziyarət edib.

Daha sonra seçicilər deputatlığa namizəd Çingiz Qənizadəyə kənd yollarının pis olmasından şikayət ediblər. Sakinlər Məmmədli və Əliyetməzliyə yaxın ərazilərdə yolların bərbad vəziyyətdə olduğunu diqqətə çatdıraraq layihəyə salınmasına köməklik göstərilməsini rica ediblər. Çingiz Qənizadə məsələ ilə bağlı bir neçə ay bundan qabaq Azəravtoyol rəhbərliyi və Prezident Administrasiyası ilə əlaqə qurduğunu, xahişləri çatdırdığı söyləyib. Eyni zamanda deputatliğa namizəd layihələndirmənin işə salınması və yol çəkilməsini istədiyini də bildirib. Sonda seçicilər Çingiz Qənizadəyə səs verəcəklərini qeyd ediblər.


Müəllif: Teleqraf.com