"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə yeni layihəyə start verib.
Teleqraf.com xəbər verir ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Tələbələr arasında "Azərbaycan naminə" adlı esse müsabiqəsi elan edib.
Müsabiqədə yalnız aşağıda adları qeyd edilən universitetlərin tələbələri iştirak edə bilər:
1. Bakı Dövlət Universiteti
2. Dövlət İdarəçilik Akademiyası
3. Bakı Ali Neft Məktəbi
4. Azərbaycan İlahiyyat Universiteti
5. Azərbaycan Dövlət Pedaqoji Universiteti
6. Azərbaycan Memarlıq və İnşaat Universiteti
7.Bakı Mühəndislik Universiteti
8. Bakı Slavyan Universiteti
9. Gəncə Dövlət Universiteti
10. Lənkəran Dövlət Universiteti
Müsabiqə və mövzularla bağlı daha ətraflı məlumat posterdə (şəkildə) verilib.