14 Fevral 2020 12:56
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin səhiyyə naziri Fahrettin Koca karantin müddəti bitən Çindən təxliyə edilmiş 42 nəfərlə bağlı mətbuatın suallarını cavablandırıb.

Nazir Uhandan təxliyə edilən, aralarında azərbaycanlıların da olduğu xarici vətəndaşların bilet rezervasiyas; ilə əlaqədar Türkiyədə bir gün artıq qalacaqlarını açıqlayıb.

“14 günlük müddətdə xəstəlik aşkarlanmayıb. Bu gün çıxan nəticələrin neqativ olduğunu, yəni koronavirusun olmadığını rahatlıqla söyləyə bilərik. 42 nəfərin hamısı ilə görüşmüşəm. Xarici vətəndaşlar isə daha bir gün qalmaq istədiklərini deyiblər. Təxliyəni yaxşı təşkil edən yeganə ölkə oluğumuzu xüsusi bildirmək istəyirəm”, - nazir vurğulayıb./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər