Fevralın 19-20-də Daşkənddə Beynəlxalq Aviasiya Forumu keçiriləcək.
Teleqraf.com xəbər verir ki, ikigünlük tədbirdə Amerika Birləşmiş Ştatları, Almaniya, Rusiya, Türkiyə, Böyük Britaniya, Kanada, İspaniya, Küveyt, Yaponiya, Bəhreyn, Cənubi Koreya, Qazaxıstan və Yaxın Şərq ölkələrinin aviasiya şirkətlərinin nümayəndələri iştirak edəcək.
Ölkəmizi bu tədbirdə “Azərbaycan Hava Yolları” QSC (AZAL) təmsil edəcək.
Foruma, həmçinin “Boeing”, “Bombardier”, “Mitsubishi” kimi tanınmış şirkətlərin nümayəndələri də qatılacaqlar.