"Bu dairələr üzrə şikayətlər gec verilib".
Teleqraf.com xəbər verir ki, bunu MSK-nın iclasında Ramiz İbrahimov deyib.
MSK üzvü qeyd edib ki, 88 saylı Göyçay, 51 saylı Qusar, 24 saylı Nizami seçki dairələri üzrə şikayətlər gec daxil olduğu üçün təmin edilməməlidir. Daha sonra 24 saylı Nizami birinci seçki dairəsi üzrə müşahidə aparmış Rövşən Nəcəfov bildirib ki, DSK-dan protokolu istəyib:
“O, DSK-nın iclasında iştirak etmək istəyib. Amma ona bildirilib ki, iclas olmayacaq. Nəcəfov bunu mübahisələndirib və MSK-ya müraciət edib. Onun müraciətində göstərdiyi hallar öz təsdiqini tapmayıb. Ona görə də təmin edilməməlidir”.
MSK üzvü Qabil Orucov bildirb ki, 42 saylı Sumqayıt seçki, 52 saylı Quba seçki dairəsi üzrə şikayətlər də şikayət vermə müddəti ötürülməklə daxil olduğu üçün ərizəçiyə geri qaytarılmalıdır. MSK üzvü Validə Kazımova 101 saylı Göygöl-Daşkəsən, 54 saylı Şabran-Siyəzən, 57 saylı Kürdəmir, 20 saylı Nərimanov ikinci, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə şikayət də şikayətvermə müddəti ötdüyü üçün geri qaytarılmalıdır.
MSK sədri Məzahir Pənahov bildirib ki, vaxtı keçmiş müracitlərin heç bir alternativi yoxdur:
“Bizim vaxtı ötmüş şikayətlərə baxmaq səlahiyətimiz yoxdur”.