6 Mart 2020 15:55
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi rayonu 28 May küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, məhdudlaşma mart ayının 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər tətbiq olunacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər