24 Mart 2020 23:13
355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasında koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayrılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Ali Məclisin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Naxçıvanın İnkişafı və Müdafiə Fondundan 200 000 (iki yüz min) manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər