27 Mart 2020 11:38
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq deputat, Demokratiya və İnsan Hüquqları komitəsinin sədri Çingiz Qənizadə prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Teleqraf.com xəbər verir ki, ölkəmizin ictimai həyatında özünəməxsus yeri və rolu olan sabiq deputat, hüquq müdafiəçisi Çingiz Qənizadə Fonda şəxsi vəsaitindən 500 manat pul ödədiyini bildirib.

Eyni zamanda sabiq deputat qeyd edib ki, imkanı olan hər bir vətəndaşın vətəndaşlıq borcudur ki, bu fonda gücü çatan qədər yardım etsin.

Ölkəmizdə koronavirusla mübarizə necə təşkil edilib? sualına Çingiz Qənizadə bu cür cavab verib.

“İlk gündən cənab prezidentin təşəbbüsü ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah, İşçi qrupları və digər gücləndirilmiş tədbirlərin həyata keçirilməsi, bu Fondun yaradılması onu göstərdi ki, cənab prezidentin yeganə amalı və məqsədi Azərbaycan xalqı, onun təhlkəsizliyi və sağlamlığıdır”.

Çingiz Qənizadə qeyd edib ki, eyni zamanda bu milli təhlükəsizlik məsələsidir:

“Hesab edirəm ki, bu baxımdan hər bir vətəndaş ictimai siyasi mövqeyindən, siyasi baxışlarından asılı olmayaraq dövlətin atdığı addımlara dəstək olmalı, dövlətin tələblərinə əməl etməlidir. Yalnız bu halda bu bəladan birlikdə az itki ilə çıxa bilərik. Allah bütün bəşəriyyəti və eyni zamanda Azərbaycan xalqını bu bəladan qorusun!”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər