Bakı Dövlət Universitetində (BDU) 13-cü Bakı yapon dili natiqlik müsabiqəsi keçirilib.
BDU-dan Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 28-də keçirilən müsabiqə universitetin təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliyi, Dillər Universiteti və Bakı Yaponlar Cəmiyyətinin dəstəyi ilə reallaşıb.
BDU-nun rektoru Abel Məhərrəmov ilk olaraq çıxış edib və rəhbərlik etdiyi ali məktəb haqqında, BDU-nun beynəlxalq əlaqələri, Yaponiya universitetləri ilə əməkdaşlığı barədə məlumat verib. Rektor BDU-da yapon dili və ədəbiyyatı ixtisasının 2000-2001-ci tədris ilində açıldığını qeyd edib. Müsabiqənin əhəmiyyəti barədə danışan A.Məhərrəmov iştirakçılara uğurlar arzulayıb.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb.
Müsabiqədə Bakı Dövlət və Azərbaycan Dillər universitetlərinin hər birindən 8 tələbə iştirak edib və 6 mükafatlandırma olub. I, II, II və VI yerləri BDU-nun tələbələri tutub.
Birinci yeri tutan tələbə Moskva Beynəlxalq Tələbələrin Nitq Müsabiqəsində çıxış etmək hüququ qazanıb.
SEVİL